Dünya çempionu olan Azərbaycan karateçiləri mükafatlandırılıblar

Dünya çempionu olan Azərbaycan karateçiləri mükafatlandırılıblar

Karatenin kudo növü üzrə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançıları Sevinc Mövsümzadə və Vüsal Əliyev mükafatlandırılıblar.

"Report"un məlumatına görə, tədbirdə SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini, Azərbaycan Koşiki-do Karate Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə, federasiyasının prezidenti Rafael Bünyatov, birinci vitse-prezident Yuri Mustafayev, həmçinin, vitse-prezidentlər Ənvər Həzərxanov və Vəli Bünyatov, baş məşqçi Nazim Mövsümzadə, federasiya rəsmiləri və məşqçilər iştirak ediblər.

Kudo yarışında Azərbaycana ilk dünya çempionluğunu qazandıran idmançılara kuboklarını Adnan Əhmədzadə təqdim edib. Karateçiləri təbrik edən fəxri prezident onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Daha sonra çıxış edən rəsmilər bunun böyük uğur olduğunu bildiriblər.

Ənvər Həzərxanov mötəbər yarışlarda iştirak üçün onlara daim diqqət və qayğı ilə yanaşan gənclər və idman naziri Fərid Qayıbova və

Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevə federasiya rəhbərliyi adından minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan 4 karateçi ilə təmsil olunub. Böyüklərdə Rəşad Quliyev, Vüsal Əliyev, 16-19 yaş qrupundakı qızlarda Sevinc Mövsümzadə, 16 yaşadək oğlanların yarışında isə Buğday Rəhimli mübarizə aparıblar.

Fərdi
Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Fərdi
Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Fərdi
İranlı mütəxəssis yenidən Azərbaycanın taekvondo millisinə rəhbərlik edəcək

İranlı mütəxəssis yenidən Azərbaycanın taekvondo millisinə rəhbərlik edəcək

Fərdi
Gələn il Bakıda MINEPS VII konfransı keçiriləcək

Gələn il Bakıda MINEPS VII konfransı keçiriləcək

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Fərdi
Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Fərdi
Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə vəsiqə qazanıb

Fərdi
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək