Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib - YENİLƏNİB - 11

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib - YENİLƏNİB - 11

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstan təmsilçisi Şota Baçoşvili ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn M. Məmişov finala yüksəlib.

15:50

Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən Nihad Məmişov 1/4 finalda Monqolustan təmsilçisi Tuquldur Çoijiljavı, 55 kq-dakı Mirxaliq İskəndərov isə serbiyalı Marko Yorgiçi üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Daha əvvəl 50 kq-da Məhəmməd Məmişov eyni nəticəni göstərib.

15:29

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada təşkil olunan dünya çempionatında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda braziliyalı Viktor Huqo Silva ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Məmişov yarımfinala adlayıb.

15:07

Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Nihad Məmişov macarıstanlı Bence Qaloya, 55 kq-da isə Mirxaliq İskəndərov Monqolustan təmsilçisi Munx-Orgil Suvd-Erdeneyə qalib gəlib.

Daha əvvəl 50 kq-da Məhəmməd Məmişov da eyni nəticəni göstərib.

14:50

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Ermənistan təmsilçisi Arşak Bekçyana qalib gələrək 1/4 finala adlayıb.

O, daha əvvəl Bosniya və Herseqovinadan olan Stefan Vinciçi məğlub etmişdi.

14:33

Azərbaycanın yeniyetmə cüdoçusu Ayxan Mirzəzadə Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzakla üz-üzə gəlib.

Rəqibinə uduzan Mirzəzadə çıxışını başa vurub.

Daha əvvəl qızlardan Nigar Məmişova (40 kq) və Məryəm Bayramzadə (44 kq) uğursuzluqla üzləşib.

13:44

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Bosniya və Herseqovinadan olan Stefan Vinciçi məğlub edib.

Beləliklə, bu gün mübarizəyə qoşulan oğlan cüdoçuların hamısı ilk görüşlərində qalib gəliblər.

13:34

Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov Xorvatiyada keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşının məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Fransa təmsilçisi Amza Çattiyə qalib gəlib.

Məmişov növbəti mərhələdə macar Bence Qalo ilə üz-üzə gələcək.

13:27

Azərbaycanın daha bir qız cüdoçusu Nigar Məmişova Xorvatiyada keçirilən yeniyetmələrin dünya çempionatında mübarizəni dayandırıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 40 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Türkmənistan təmsilçisi Dilara Kandimovaya yenilib.

Daha əvvəl Məryəm Bayramzadə (44 kq) çıxışını başa vurub.

13:20

Azərbaycan cüdoçusu Mirxaliq İskəndərov Xorvatiyada keçirilən dünya çempionatında ilk görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda fransalı Tiaqo Talonla üz-üzə gəlib.

"Qızıl" xal bölümündə qalib gələn İskəndərov növbəti mərhələyə vəsiqə qazanıb.

13:10

Azərbaycanın yeniyetmə cüdoçusu Ayxan Mirzəzadə Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda tacikistanlı Loiq Kudbodinovla üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Mirzəzadə növbəti mərhələyə yüksəlib. O, qazaxıstanlı Oralbek Bayzakla görüşəcək.

13:04

Azərbaycanın yeniyetmə cüdoçusu Məryəm Bayramzadə Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 44 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Moldova təmsilçisi Qabriela Herta ilə üz-üzə gəlib.

Bayramzadə "qızıl" xal bölümündə rəqibinə məğlub olub.

Qeyd edək ki, bu gün, həmçinin, oğlanlardan Məhəmməd Məmişovla Nihad Məmişov (hər ikisi 50 kq), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi 55 kq) və Nigar Məmişova (40 kq) tatamiyə çıxacaq. Turnir avqustun 27-də başa çatacaq.

Fərdi
İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Fərdi
Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi olub

Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi olub

Fərdi
Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Dünya çempionatı: Azərbaycanın qrup komandası final mərhələsinə yüksəlib

Fərdi
Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı bəlli olub

Fərdi
Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Fərdi
Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Fərdi
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Fərdi
Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq