“Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxarılıb

“Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxarılıb

UEFA Gənclər Liqasında keçiriləcək “Qarabağ” – GNK “Dinamo” (Xorvatiya) oyununun biletləri satışa çıxarılıb.

QELEBE.AZ xəbər verir ki, oktyabrın 28-də “Qarabağ” stadionunda təşkil olunacaq qarşılaşma saat 15:30-da başlayacaq.

Biletlərin qiyməti 3 manatdır. Onları iTicket.az saytı vasitəsilə onlayn əldə etmək mümkündür.

Qeyd edək ki, azarkeşlər üçün stadionun qapıları oyunun başlanmasına 120 dəqiqə qalmış açılacaq.