Yığmamız Avropa çempionatını beşinci pillədə başa vurub

Yığmamız Avropa çempionatını beşinci pillədə başa vurub

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən EEVZA çempionatında beşinci yeri tutub.

Apasport.az xəbər verir ki, oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində təşkil olunan yarışda baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi komandamız A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşıb.

Hər iki görüşdə məğlub olan millimiz beşinci yer uğrunda oyuna çıxıb.

Azərbaycan yığması həlledici qarşılaşmada Gürcüstan millisini 3:1 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.

Qeyd edək ki, finalda Polşa millisi Ukrayna yığmasına 3:2 hesabı ilə qalib gələrək EEVZA çempionatının qalibi olub və 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.