Mbappe “Qızıl top”da tarixi rekorda imza atıb
Kilian Mbappe tarixi rekorda imza atıb.
QELEBE.AZ xəbər verir ki, 27 yaşlı hücumçu “Qızıl top” mükafatının səsverməsində ardıcıl 9 il ilk onluqda yer alan ilk fransalı futbolçu olub.
“Real Madrid” və Fransa millisinin üzvü 2026-cı il mükafatı uğrunda mübarizə aparan 30 namizəd arasında yer alsa da, “France Football” nəşrinin səsvermədə 30-11-ci yerləri tutan futbolçularla bağlı açıqladığı siyahıda onun adına rast gəlinməyib.
Qeyd edək ki, “Qızıl top” mükafatının sahibi bu gün Londonda keçiriləcək mərasimdə açıqlanacaq.

https://qalaba.az//uploads/photo/mbappe-qizil-topda-tarixi-rekorda-imza-atib.webp